Ərəb mənbələri şahzadə Bəndər bin Sultanın Ərəbistanın Təhlükəsizlik Xidmətinə rəhbər vəzifəsindən kənarlaşdırıldığını bildiriblər.
Ərəbistan kralı Abdulla bin Əbdüləziz cümə axşamı günü bir fərmanla şahzadə Bəndər bin Sultanı bu ölkənin təhlükəsizlik xidmətinə rəhbər vəzifəsindən kənarlaşdırıb.
Bu məlumata görə, Bəndər bin Sultan onun Suriya ilə bağlı yanlış siyasətlərinin Ərəbistan üçün ciddi problemə çevrilməyə başlamasının ardınca tutduğu vəzifədən azad edilib.
Deyilənlərə görə, Bəndər bin Sultanın yerinə Ərəbistanın daxili işlər naziri Məhəmməd bin Naif təyin edilib.