Ukraynanın Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, bu ölkənin polis qüvvələrinin müxaliflərə qoşulmasından xəbər verib.
Röyters Xəbər Agentliyinin verdiyi məlumata görə bu gün şənbə ( 22 fevral) Ukraynanın Daxili İşlər Nazirliyinin bəyanatında bu ölkə xalqından istənilibdir ki, ölkədə təhlükəsizlik habelə birliyin qorunması məqsədilə bir-birləri ilə birləşsinlər.
Ukraynanın Daxili İşlər Nazirliyi bu bəyanatda həmçinin bu ölkə xalqı və müxaliflərdən istəyibdir ki, nizam-intizamın bərqərar edilməsi məqsədilə polis qüvvələri ilə əməkdaşlıq etsinlər.
Ukraynalı etirazçılar həmçinin bu ölkə prezidentinin iqamətgahını ələ keçiriblər. Prezidentin iqamətgahını ələ keçirən ukraynalı etirazçılar Viktor Yanokoviçin öz iqamətgahında olmadığını və naməlum məkana köçürüldüyünü bildiriblər.
Kiyevdəki son gərgin vəziyyətin davam etməsi və səksəndən çox etirazçının həlak olmasından habelə toqquşmalara son verilməsi məqsədilə anlaşmanın imzalanmasından sonra, bu ölkə prezidentinin ölkədən qaçması haqda ziddiyyətli xəbərlər yayımlanmağa başlayıb.
Ukrayna Parlamentinin üzvləri bu gün ölkənin keçmiş baş naziri Yuliya Timoşenkonun müttəfiqlərindən olan Aleksandr Terçinov-u bu ölkə parlamentinin sədri kimi seçiblər.