Bu gün şənbə 1435-ci hicri qəməri ili Cəmadiul-Əvvəlin 13, bir rəvayətə əsasən, əziz İslam Peyğəmbərinin əziz qızı və möminlər ağası Həzrət Əli ibni Əbitalib (ə)-ın həyat yoldaşının şəhadətinin il dünümünə təsadüf edir.
İranın müsəlman xalqı ötən gecə bu ismət və iffət simvolu olan qadın Həzrət Fatimə Zəhra (sə)-ın şəhadəti münasibətilə əzadarlıq mərasimləri keçiriblər.
Əhli-beyt (əs)-ların vurğunları məscidlərə, hüseyniyyələrə, dini məkanlara və həmçinin İranın şimalında yerləşən Məşhəd şəhərində İmam Rza (əs)-ın mələkuti məqbərəsində və Tehranın cənubundakı Qum şhərində yerləşən Həzrət Məsumə (sə)-ın məqbərəsinə toplaşaraq Peyğəmbərin əziz qızının matəmində əzadarlıq edərək göz yaşı töküblər.