İranXƏBƏRLƏR

Laricani Oman Kralı ilə görüşüb

İran İslam Şurası Məclisinin spikeri Omana səfərinin davamında ölkə kralı Sultan Qabus ilə görüşüb fikir mübadiləsi aparıb.

İkitərəf bu görüşdə  siyasi və iqtisadi münasibətlərin genişlənməsi üzərində təkid ediblər.

Həmçinin İran parlamentinin sədri və Soltan Qabus regional və beynəlxalq üzrə mühüm məsələləri araşdırıblar.

Omana səfər edən İran İslam Şurası parlamentinin spikeri ötən gün (cümə axşamı 5 dekabr) günortadan sonra Yaxın Şərqin ən böyük məscidi və Omanın isə əsas və mühüm məscidlərindən olan Soltan Qabus adına böyük məscid və mədəniyyət mərkəzinə baxış keçiribdir.

İran İslam Şurası Məclisinin sədri  Soltan Qabus ilə görüşdən öncə omanlı həmkarı Xalid bin Hilal əl-Məmuli ilə görüşdə demişdir: İran və Oman regionun təhülkəsizliyinin təmin edilməsində önəmli rola malikdirlər və  iki ölkə mühüm region məsələlər ilə bağlı eyni mövqeyə malikdirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu