İran İslam Respublikası İslam Şurası Məclisinin sədri İran və Çinin siyasi və təhlükəsizlik baxımından beynəlxalq arenada oxşar nöqtələrə malik olduqlarını deyərək, vurğulayıb: İki ölkənin Asiyada birgə və təsirli rolu sülh və təhlükəsizlik üçün bir növ ağırlıq mərkəzi sayıla bilər.
İRİB-nin məlumatına görə, Çində səfərdə olan İran Parlamentinin sədri Əli Laricani Pekinə olan səfərinin 2-ci günündə çinli tacirlər və iş adamları ilə görüşdə İran və Çinin ticarət əlaqələrinin genişləndirilməsində bütün lazımi potensiallara malik olduqlarını deyərək, deyib: İki ölkənin birgə və təsirli rolu Asiyada sülh və sabitliyin ağırlıq mərkəzi ola bilər.
İran İslam Şurası Məclisinin sədri əlavə edib: Bizim məqsədlərimizdən biri tacirlər, iş adamları və istehsalçıların İran ilə qonşu olan ölkələrə çıxışını asanlaşdırmaqdır.