İran İslam Şurası Məclisinin sədri deyib: Əgər region ölkələri məsuliyyət hiss edərək, regionun təhlükəsizliyinin təmin edilməsində müsbət rola malik olmaq istəsələr, etnik və məzhəb savaşlarını qızışdırmaq yerinə, bu qarşıdurmaların qarşısını almalıdırlar.
Əli Laricani bu gün Parlamentin açıq iclasının əvvəlində çıxış edərək, Türkiyə xarici işlər nazirinin İran və Livan Hizbullahına qarşı səsləndirdiyi ittihamların haqsızlıq olduğunu və gerçəkləri əks etdirmədiyini deyərək, vurğulayıb: Sizə nəsihətimiz budur ki, Türkiyə yanlış təhlil üzündən Suriya ilə düşmənçilik edir.
Ə.Laricani əlavə edib: Əgər 3 ildən sonra sizin hesablamalarınızın yanlış olduğu anlaşılıbsa, bunun günahını İran və Hizbullahın üstünə atmayın.
İran Parlamentinin spikeri əlavə edib: İran İslam Respublikası elə əvvəldən bildirmişdi ki, Suriya böhranı müzakirələr yolu ilə həll edilməlidir. İfratçıları silahlandırmaq və onları dəstəkləmək yalnız regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir və Suriyada demokratiyanın möhkəmlənməsinə kömək etməyəcək.
