Terrorçular İraqda öz terror hücumlarını davam etdirməkdədirlər.
Bu gün İraqın şimalında yerləşən Səlahəddin vilayətinin mərkəzi olan Tikrit şəhərində bomba qoyulmuş üç avtomobilin partlaması nəticəsində bu vilayətin yerli məsul şəxslərindən biri daxil olmaqla on altı nəfər yaralanıb.
Belə bir halda, cümə axşamı günü İraqın müxtəlif məntəqələrindəki terror hücumlarında azı iyirmi doqquz nəfər həlak olub, onlarla nəfər də yaralanıb.
Digər tərəfdən, İraqın təhlükəsizlik qüvvələri dünən Hillə şəhərində beş terrorçunu öldürüb, altmış beş nəfəri də həbs ediblər.
İraqda terrorizmlə mübarizə bölməsi də dünən İraq-Şam İslam Dövləti adlandırılan terror qrupunun tabeliyində olan on terrorçunun İraqın qərbində yerləşən Əl-Ənbar vilayətinin mərkəzi sayılan Əl-Rəmadi şəhərində həbs olunmasından xəbər verib.