Səudiyyə Ərəbistanı, islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) dünyaya gəldiyi yeri məhv etmək niyyətindədir.
İngiltərənin İndependent qəzeti yenilərdə bir layihəni əldə edib. Bu layihəyə əsasən bir Ərəbistan şirkəti Məscidül-Haram yaxınlığında inşa layihələrinin icrası bəhanəsi ilə Həzrət Məhəmmədin (s.ə.s) dünyaya gəldiyi məkanın qalıqlarını məhv edərək yeni binalarla əvəz etmək istəyir.
İndependent qəzetinin yazdığına görə, Ərəbistan, Məkkəni göydələn və hotellərlə dolduran şəhərə çevirəcək öz on milyard dollarlıq layihələrində şəhərin tarixi memarlıq abidələrinin qorunmasına heç bir etina etmir.
İngiltərə İslam Abidələrinin Araşdırmaları İnstitutunun icraçı müdiri və tarixşünas İrfan əl-Ələvi deyir: Ərəbistanda islamın ilk dövründən qalan son qədim abidələrdən biri peyğəmbərin dünyaya gəldiyi məkandır və bütün dünyada müsəlmanlar üçün ən önəmli yerdir.
Səudiyyə Ərəbistanı bir neçə il öncədən Məscidül-Haramın genişləndirilməsi bəhanəsi ilə Məkkədə geniş tikinti işlərinə başlayıb, bir çox tarixi binanı dağıdıb və onları yeni binalarla əvəzləyib.
Ötən illərdə Ərəbistan peyğəmbərin vəsfində üzərində yazılar olan Məscidül-Haramın Osmanlı dövrünə aid sütunlarını dağıdıb və Həzrət Məhəmmədin (s.ə.s) dünyaya gəldiyi yerlə bir neçə addım məsafəsi olan peyğəmbərin həyat yoldaşının evini də hazırda böyük bir tualet obyektinin inşası məkanına çevrilmişdir.
Dini və arxeologiya ekspertləri dəfələrlə Ərəbistanın tikinti layihələri zamanı islam memarlığı irslərinin böyük bir hissəsinin məhv edilməsi barəsində xəbərdarlıq ediblər.
