Hacı Cəbrayıl torpağa tapşırılıb
Nardaran qəsəbəsi ağsaqqallarından və Bakı Ətrafı Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadə bu gün şənbə günortadan sonra Nardaranda Bibi Rəhimə hərəminin kənarındakı qəbiristanlıqda torpağa tapşırılıb.
Ötən gün fani dünya ilə vidalaşan 1941-ci il təvəllüdlü Hacı Cəbrayıl Əlizadə Azərbaycan Respublikasının istiqlal hərəkatının nəticəyə çatmasında xalq cəbhəsinin fəal üzvlərindən və xalq qüvvələrindən idi.
Hacı Cəbrayıl Əlizadə Bakı ətrafı kəndlərin vəziyyətinin yaxşılaşması üçün Bakı Ətrafı Kəndlər Birliyini yaratmaqla çoxlu səylər göstərmişdir və ötən illərdə Azərbaycan Respublikası Vəhdət partiyasının mənəvi hamilərindən də sayılırdı.
Hacı Cəbrayıl Əlizadə 2002-ci ildə Nardaranlılar hərəkatının fəallarından Hacı Əlikramın kənarında hökumət qüvvələrinin Nardarana hücumu nəticəsində bir qrup digər Nardaran ağsaqqalı ilə birlikdə həbs olunanlar arasında idi.
Beynəlxalq Azərbaycan Respublikasının ictimai fəalının vəfatı ilə bağlı bu ölkə xalqı və ailəsinə başsağlığı verir.