İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyə üzrə özəl təmsilçi təyin edib.
Bu vəzifəni İran İslam Respublikasının rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi tutub.
Prezident Həsən Ruhani yeni təyinatı ilə bağlı Türkiyənin baş naziri Rəhəb Tayyib Ərdoğana Vaizinin təqdimatı ilə bağlı xüsusi məktub göndərib.
Mahmud Vaizi əvvəllər İran-Türkiyə iqtisadi komissiyasının həmsədri olub.