İraq parlamentinin üzvlərindən bir neçəsi, terrorçu Münafiqlər qruplaşmasının ölkə xalqına qarşı apardığı cinayətlər üçün məhkəməyə verilməsi üzrə tələb irəli sürüblər.
İraqın müxtəlif siyasi partiyaları və rəsmilri, hökumətdən istəyiblər ki, İraq Bəs (Səddam) rejimi dövründə ölkə xalqına zidd addımlar atdıqları üçün terrorçu Münafiqlər qruplaşmasını məhkəməyə versinlər.
İraq rəsmiləri və nümayəndələri bildiriblər ki, terrorçu Münafiqlər qruplaşması, müxtəlif terror qrupları xüsusi ilə də Əl-Qaidə terror qrupu ilə əlaqədədir və ölkənin müxtəlif məntəqələrində aparılan terror əməliyyatlarının amilləri sayılırlar.
İraqın şərqində yerləşən Diyalə vilayətinin Odəy Əl-Xədran şəhər icra hakimiyyəti isə Münafiqlər qruplaşması üzvlərinin Diyalə vilayətində yerləşən Əşrəf bazasında iştiraklarının sona çatmasını bildirərək deyib: Əşrəf bazasında qalan 40 terrorçu Münafiqlər qurplaşmasının üzvünün, İraq paytaxtı Bağdadın yaxınlığında yerləşən Liberti bazasına köçürülməsi ilə onların ölkədən təmamilə çıxarılmasına şərait hazırlanır.
İraq hökuməti 2014-cü il 28 yanvar BMT-nin baş katibi Ban Ki Munun təklifi əsasında Münafiqlər qruplaşmasının köçürülməsi üzrə ortaya çıxan xərclər üçün maliyyə fondunun təsis edilməsi ilə razılaşmışdır.
İraq hökuməti 2014-cü il 17 fevral BMT ilə lazımı ahəngdarlıqların aparılmasından sonra, 3 min nəfər terrorçu Münafiqlər qruplaşmasının üzvünü Əşrəf bazasından köçürüb və bu isə Münafiqlərin İraqdan çıxarılması üzrə müqəddimatı sayılaraq, onları növbəti dəfə Bağdad aeroportunun yaxınlığındakı Liberti bazasına köçürübdür.
