AsyaAvropaDünyaXƏBƏRLƏR

Rusiya Qərbi tənqid edib

Rusiyanın xarici işlər naziri Qərbin Rusiyanı sanksiya ilə hədələməsini tənqid atəşinə tutub.

Müxbirimizin Röytersdən verdiyi məlumata görə Sergey Lavrov bazar ertəsi Cenevrədə keçirilən BMT İnsan Haqları Komitəsinin 25-ci iclasında Ukrayna ilə əlaqədar 21 fevral razılaşmasının icra edilməsi o cümlədən konstitusiyada düzəliş və bu ölkədə referendumun keçirilməsini tələb edib. Lavrov əlavə edib: Rusiya Ukraynanın rus mənşəli vətəndaşları və insan haqlarını müdafiə edir.
Lavrov Ukraynanın yeni hökumətini, azlıqları hücuma məruz qoymaqda ittihamlandırıb.
Sergey Lavrov qərbli müttəfiqlərindən istəyib ki, geopolitik hesablamaları buraxıb öncə Ukrayna xalqını düşünsünlər.
Eyni halda Avropanın Əməkdaşlıq və Təhlükəsizlik təşkilatının rəhbəri Ukraynanın son hadisələrini araşdırmaq uğrunda öz ekspertlərindən ibarət bir qrupunun bu ölkəyə göndərilməsini tələb edib.
Krim yarım adasının baş naziri də elan edib: Muxtar Krim Respublikasının müdafiə Nazirliyi tezliklə təşkil ediləcək.
Sergey Eksiyonov söyləyib: Yaxın gələcəkdə M. N. Fəaliyyətə başlayacaq və bu nazirliyin təşkil edilməsinin zəruriliyinə əminəm.
Krim əhalisi müstəqillik şəkildə özlərini müdafiə edə bilmələrini sübut ediblər.
Ukraynanın sərhəd qvardiyası da elan edib: Rusiya Krimdə mobil əlaqələrini kəsib. Eyni halda Rusiya dəniz qüvvəsinin Qara dəniz və Savstopol şəhərinin yaxınlığında bəzi hərəkətləri diqqət mərkəzində olub. Ukraynanın sərhəd qvardiyası bazar ertəsi Rus maşınlarının Kirimi Ukraynadan ayırd edən su yolunda əlavə gəl-get etmələri xəbərini verib.
Digər tərəfdən Rusiya prezidenti, Almaniya kansleri Angella Merkelin Ukrayna böhranı ilə əlaqədar təmas qrupunun təşkil edilməsi təklifini qəbul edib.
Almaniya hökuməti bir bəyanat yayaraq elan edib: Ehtimal üzrə bu qrupun heyətləri Avropanın təhlükəsizlik və əməkdaşlıq təşkilatının müdiriyyəti ilə Ukrayna barədə siyasi danışıqlar təşkil edəcək.
NATO da Rusiyadan qüvvələrini Ukraynadan çıxarıb bu ölkədə artıq müdaxilə etməməsini tələb edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu