Şimali Koreya Amerikanı cavab hücumları ilə hədələyib.
Şimal Koreya dövlətinin Rəsmi orqanı Rodong Sinmun Qəzeti bazar günü (9 mart) bu ölkənin raket sınağının Ağ Ev tərəfindən tənqid edilməsini yersiz addım hesab edərək, bu raket sınaqlarının ölkənin müdafiə prinsiplərindən olduğunu deyib.
Öncə Cənubi Koreya müdafiə nazirliyi Şimali Koreya tərəfindən Koreya yarımadasının şərqindəki dənizə yaxın mənzilli raketlərlə atəş açılmasından xəbər vermişdi.
ABŞ, rəsmi Pxenyanın bu hərəkətini BMT TŞ-nin qətnamələrinin pozulması mənasında dəyərləndirir lakin Şimali Koreya həyata keçirdiyi addımı müdafiə edərək bildirib ki heç bir qanun pozuntusuna yol verməyib.