Suriyanın ədliyyə naziri bu ölkə ordusunun dünyanın 83 ölkəsindən olan terrorçularla mübarizə apardığını deyib.
Nəcm Həməd Əl-Əhməd regionaşırı “Əl-Ray” qəzeti ilə müsahibədə deyib: 83 ölkədən olan minlərlə terrorçu Suriyanın dövləti və xalqı ilə savaşmaq üçün bu ölkəyə göndərilibdir ki, onların bir qrupu Suriya ordusu ilə toqquşmada öldürülüb və ya həbs olunubdur.
Nəcm Həməd Əl-Əhməd əlavə edib: Bu terrorçuların əksər hissəsi Türkiyə və Ərəbistan ərazilərindən Suriyaya daxil olub.
Suriya BƏS Partiyasının baş katibi- Hilal Hilal da terrorçuluq və təkfirçi qrupların cinayətləri ilə mübarizə üçün koalisiyanın yaradılması və terrorizmi dəstəkləyən ölkələrdən şikayət etmək üçün lazımi zəminlərin yaradılmasını istəyərək, Suriya vətəndaşlarının milli birliyinin gücləndirilməsi və terrorçular qarşısında müqavimət istiqamətində bu ölkə ordusunun himayə olunmasını vurğulayıb.