İngiltərəli ekspert mərkəzi Afrikada müsəlmanların genosidə məruz qalması barədə xəbərdarlıq edib.
Con Miller bu kanalla müsahibədə söyləyib: Mərkəzi Afrikada qalmaqallar davam edir. Bu ölkədə minlərlə müsəlman evlərindən qaçqın düşüb və qalanlarda geniş soy-qırıma məruz qalmaq təhlükəsi ilə üz-üzədirlər.
Mərkəzi Afrikada xristian yaraqlılarının müsəlmanları qırğın etmələrinin ardınca bu ölkənin müsəlman azlığından ibarət minlərlə nəfər didərgin düşüblər.
BMT bu məsələ ilə əlaqədar xəbərdarlıq edərək nigaranlığını bildirmişdir.
Mərkəzi Afrikanın qabaqkı prezidenti Fransis Buzizə-nin devrilməsi ilə xristian yaraqlılar müsəlman azlıqları öz cinayətlərinə məruz qoyublar.