AzərbaycanXƏBƏRLƏR

İsa Qəmbər öz namizədliyini geri götürmək istəmir

Musavat Partiyasının sədri Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun xeyrinə öz namizədliyini geri götürmək istəmir.

İsa Qəmbər deyib ki, Seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil.

İsa Qəmbər əlavə edib : “Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz”.

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun iyulun 8-də şura üzvlərinə ünvanlanan müraciətində qeyd edib ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir, hətta həmin namizədin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə demokratik düşərgədən ikinci namizəd olmamalıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu