Bakıda səfərdə olan İranın idman və gənclər naziri Məhəmməd Abbasi bu gün Bakının Şəhidlər Xiyabanı və Fəxri Xiyabanında olaraq, özünün Azərbaycan Respublikası rəsmiləri ilə görüşlərinə başlayıb.
İRİB-nin verdiyi məlumata görə İranın idman və gənclər naziri Məhəmməd Abbasi ilə Azərbaycan Respublikasının idman və gənclər naziri Azad Rəhimovla görüşü zamanı, iki ölkənin gənclər və idman sahələrindəki mövcud vəziyyətləri və əməkdaşlıq perspektivləri araşdırılacaq.
Bu görüşün sonunda 2013 və 2014-cü illər üçün və bu haqdakı icra proqramları barədə iki ölkənin idman və gənclər nazirlikləri arasında əməkdaşlıq anlaşmasının imzalanması qərara alınıb.
İranın idman və gənclər nazirinin Azərbaycan Respublikası Parlamenti sədrinin müavini Ziyafət Əsgərov və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə görüşüb, müzakirələr aparması qərara alınıb.
Bakıda 2015-ci il üçün Avropa İdman Yarışları Mərkəzinə baxış keçirmə habelə Azərbaycan Respublikasının Gənc Tələbələr Təşkilatı və Gənclər Şurasına baxış keçirmə, İran İslam Respublikasının idman və gənclər nazirinin Azərbaycan Respublikasına səfərinin digər proqramlarındandır.