AvropaDünyaXƏBƏRLƏR

Rusiya ABŞ-a xəbərdarlıq edib

Rusiyanın xarici işlər nazirliyi ABŞ hökumətinə, Ukraynanın müvəqqəti hökumətinə maliyyə yardım göstərməsi barədə xəbərdarlıq edib.

Təsnim Xəbər Agentliyi məlumat verib: Rəsmi Moskva elə bir halda bu xəbərdarlığı edib ki, ötən həftə ABŞ konqresi Ukraynanın müvəqqəti hökumətinə bir milyard dollar yardım etməklə razılıq bildirib.
ABŞ konqresi həmçinin bu ölkə hökumətinin Ukrayna və Krim yarım adasında hərbi hərəkətlər həyata keçirməsinə görə Moskvaya təzyiq göstərməsini tələb edib.
Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Con Kerri ilə telefon əlaqəsi də nəticəsiz olmuşdur.
Ukrayna ağır iqtisadi və maliyyə böhranı ilə üzləşmişdir. Ukraynanın maliyyə nazirliyi iflasa uğramasının qarşısını almaq üçün beynəlxalq fondlardan 35 milyard dollar maliyyə yardım tələb edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu