Tehranın cümə namazı xitabətçisi Ali-Xəlifə rejiminin Bəhreynin günahsız xalqına qarşı cinayətlərinin davam etməsi haqda nigaranlıq edib.
Tehranın müvəqqəti imam cüməsi Ayətullah Məhəmməd İmami Kaşani deyib : Bəhreyndə Ali-Xəlifə rejiminin hərəkətləri haqda əldə etdiyimiz məlumatlar bu ölkə müsəlmanlarının çətin və ağır vəziyyətdə olduqlarından xəbər verir.
Beynəlxalq qurumlar və təşkilatların Bəhreyn müsəlmanlarına qarşı cinayətlər haqdakı sükutlarını kəskin tənqid edən Ayətullah Məhəmməd İmami Kaşani bu ölkədəki bu cür vəziyyətə dərhal baxılması və araşdırılmasını istəyib.
İslam İnqilabının Böyük Rəhbərinin müqavimət iqtisadiyyatı haqdakı siyasətlərinin icra üçün elan edilməsinə işarə edən Tehranın cümə namazı xitabətçisi sonra deyib : İİR prezidenti və İran hökuməti bu siyasətləri icra etməkdə əzmkardırlar və nəzər sahibləri və hökumətdəki icraçı məsul şəxslər bu siyasətləri ən yaxşı formada icra etməlidirlər.
Tehranın cümə namazının xətibi həmçinin Əziz İslam Peyğəmbəri (s)-in əziz qızı Xanım Fatimə Zəhra (s)-nın şəhadətinin ildönümü günlərinin gəlib çatması münasibəti ilə başsağlığı verərək , islami ictimaiyyətin qadınlarını əxlaqiyyat , iffət , övladların tərbiyəsi , ailənin idarə edilməsi və ictimaiyyətdə rola malik olmaq sahələrində Xanım Fatimə Zəhra (s)-dan ülgü götürməyə və bu xanımı öz həyatlarında örnək kimi nəzərdə tutmağa çağırıb.
Ayətullah Məhəmməd İmami Kaşani deyib : Həzrət Fatimə Zəhra (s) kimi bir ülgü olan xanımın öz həyatında iffəti ilə hicabını qoruduğu və bu hicabın o həzrətin əzəmət və dəyərini yüksəldilməsinə işarə edərək, gənclərin də bu hicabi örnək olaraq öz həyatlarında riayət etmələrinə təkid edib.
Dünyəvi ləzzətlərdən istifadədə mötədilliyə tövsiyə edən Tehranın cümə namazı xətabətçisi fitrət və vəhy-ə söykənməyin insanın kamala çatması üçün iki amil olduğunu bildirərək sonra deyib : İslami ictimaiyyətdə bütün vəzifələr yalnız xalqa xidmət üçündür.