AsyaAvropaDünyaXƏBƏRLƏR

NATO Rusiyaya qarşı yeni qərar verib

Şimali Atlantik Alyansı NATO Rusiyaya qarşı yeni məhdudiyyət tətbiq edib.

Almaniya İnformasiya Agentliyinin məlumatına görə, Şimali Atlantik Alyansı NATO bazar ertəsi günü bir bəyanatda bildirib ki, Rusiyanın NATO-dakı nümayəndəliyinin bütün üzvlərinin bu alyansın Brüsseldəki qərargahına sərbəst şəkildə girişi qadağan olunub.
Bu qərar Ukrayna böhranına görə Rusiya ilə əməkdaşlıqların dayandırılması üçün NATO-nun ötən həftəki qərarının ardınca verilib.
NATO son vaxtlara qədər bir çox məsələlər, o cümlədən narkotik maddələrlə mübarizə əməliyyatları, Əfqanıstanda vertolyotların təmiri və saxlanılması, terrorizm və dəniz oğurluğu ilə mübarizə üçün Rusiya ilə müştərək proqramlarda əməkdaşlıq edirdi.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu