İraqın baş naziri icraçı, qanunvericilik və ədliyyə başçılarının maaşlarının azaldılması və bu ölkədə ehtiyac duyulan sektorların maaşlarının artırılmasını istəyib.
Əl-Nəxil Xəbər Agentliyinin məlumatına görə, Nuri Maliki Qadınlara Dəstək Rəhbərlik İdarəsində olduğu zaman deyib: Hökumətin İraq və ictimaiyyətinə sadiq qalması üçlü qüvvələrin rəhbərlərinin və ali məşğuliyyətlərdə çalışan şəxslərin maaşlarının artırması ilə həyata keçirilmir. Əksinə hökumət bu şəxslərin maaşını azaltmaq və ehtiyac duyan sektorlar, başsız qadınlar gəlirinin artırılması və cəmiyyətin bu kütləsinə diqqət yetirməklə öz əhdinə vəfa edir.
İraq parlamenti 2011-ci il avqust ayında İraqın üçlü qüvvələri rəsmilərinin maaşlarının azaldılmasını təsdiqlədi və deputatlar parlament nümayəndələri, namizədlər və xüsusi məşğuliyyətlərdə çalışanların maaşlarının azaldılmasının lehinə səs verdilər.
Bu qanuna əsasən İraq rəsmilərinin maaşı 30%, deputatların 23% və xüsusi işlərdə çalışanların 23-30% maaşı azaldılmalıdır.