İraqXƏBƏRLƏR

İraqın baş naziri İranın dövləti və xalqına başsağlığı verib

İraqın baş naziri bu ölkənin şərqində yerləşən Diyalə vilayətindəki Bəqubə şəhərində İran İslam Respublikasının Neft və Qaz Şirkətinin bir qrup işçisi və mühəndisinin şəhid olması münasibəti ilə İranın dövləti və xalqına başsağlığı verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, İraqın baş naziri- Nuri Maliki İran İslam Respublikasının prezidenti- Həsən Ruhaniyə müraciətdə cümə günü İraqın Diyalə vilayətində həyata keçirilmiş terror əməliyyatını pisləyərək bildirib ki, cinayətkarların həbs edilib, cəzalandırılmaları üçün səy göstərəcəkdir.
İran xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini- Həsən Qəşqavi cümə günü Bəqubə şəhərində törədilmiş terror əməliyyatında şəhid olmuş iranlıların sayını on beş nəfər elan edib və deyib ki, bu əməliyyatda daha dörd iranlı yaralanıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu