FələstinXƏBƏRLƏR

Həmas dünya xalqlarının Qəzzə zolağına yardım etmələrini istəyib

Fələstin İslami Müqavimət Təşkilatı- Həmas dünya xalqlarından istəyibdir ki, mühasirədə olan Qəzzə zolağına yardım etsinlər.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin İslami Müqavimət Təşkilatı- Həmas-ın nümayəndəsi- Fuzi Bərhum sionistlər tərəfindən Qəzzə zolağının mühasirə edilməsinin davam etməsi müqabilində ərəb və dünya ictimaiyyətlərinin susmalrını pisləyərək bildirib ki, bu məntəqə dünya xalqlarının təcili köməklərini tələb edir və əgər yardım göstərilməzsə, Qəzzə bölməsi kəskin insan faciəsi ilə üzlşəcək.
Qəzzədə Fələstin xalqının seçdiyi dövlətin sözçüsü- Əyhab Qusəyn də Misir başçıları tərəfindən Qəzzə zolağı ilə Misir sərhədindəki Rəfəh quru keçidinin onun böhranlı və qarışıq durumuna rəğmən ardıcıl olaraq, neçə gün bağlı saxlanılmasını pisləyibdir.
Qəzzə zolağının zalımcasına mühasirəsi ilə Xalq Mübarizə Komitəsinin sədri- Camal Əl-Xizri də bütün ölkələri, eləcə də ərəb, islami və beynəlxalq təşkilatları mühasirənin davam etməsi və pis atmosfer durumu nəticəsində Qəzzə zolağı sakini olan xəsarət almış fələstinlilərə yardım üçün təcili tədbirlər görməyə çağırıb.
Qəzzə bölməsində Fələstin xalqının seçdiyi dövlətin Səhiyyə Nazirliyi bildirib ki, şaxta və sionist rejim tərəfindən mühasirənin davam etdirilməsindən irəli gələn yanacaq çatışmazlığ nəticəsində şənbə günü iki uşaq daxil olmaqla dörd fələstinli həyatını itiribdir.
Fələstinli qaynaqlar Qəzzə zolağında yanacaq və əsas malların çatışmazlığından xəbər veriblər.
Qəzzə zolağının əksər məntəqələrinin elektrik cərəyanı yanacaq çatışmazlığı üzündən kəsilibdir.
Belə bir halda, sionist rejim Qəzzə zolağının cənub sərhədlərində su bəndlərinin qapısını qəflətən açaraq, fələstinlilərin problemlərinin artmasına bais olub; belə ki, bir çox insan öz mənzilini tərk edibdir.
Sionist rejim iki min yeddinci ildən bəri Qəzzə zolağının mühasirəsini artırıbdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu