AsyaXƏBƏRLƏR

Kremlin tanınmış müxalifi qanuni təqibə verilib

Kremlin tanınmış müxaliflərindən biri küçə iğtişaşları yaratmaq üçün cəhd göstərməkdə ittiham olunub.

Rusiya prokurorları çərşənbə günü rəsmi şəkildə Sol Cəbhəsinin rəhbəri Sergey Udaltsovu küçə iğtişaşlarını təşkilatlandırmağa cəhd göstərməkdə ittiham ediblər.

Rusiya prezidenti Vladimir Putinin tanınmış müxalifinin suçu sübut olunduğu halda 10 il həbs cəzası ilə üzləşəcəkdir.

Rusiya prezidenti Vladimir Putinin müxaliflərindən 12 nəfərin 2012-ci il 6 may etiraz aksiyasında iştirak etmək ittihamı ilə mühakimə olunması prosesi davam edir və 16 nəfər də istintaq prosesinin başlanmasını gözləyir.

Rusiyanın müxtəlif şəhərləri 2011-ci ildən və Rusiyaya hakim partiyanın parlament seçkilərində qələbə çalmasından sonra Putin müxaliflərinin səhnədəki iştirakının dəfələrlə şahidi olmuşdur. Müxaliflər hakim partiyanı seçkilərdə saxtakarlıqda ittiham edirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu