Azərbaycan dövlət sərhəd xidməti bu ölkə medialarının İranla sərhəddə insident barəsindəki xəbərini təkzib etdi
Azərbaycan Respublikası Dövlət Sərhəd xidməti İranla sərhəddə insidentin baş verməsi ilə əlaqədar Azərbaycan medialarının xəbərinin yalan olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti bununla əlaqədar SalamNews-un sorğusuna verdiyi cavabında bildirib: Azərbaycan və İran sərhədində heç bir insident baş verməyib. İran ərazisində hər hansı hadisə baş verə bilər. Ancaq İran mətbuatının yazdığı kimi Azərbaycan-İran dövlət sərhədində heç bir atışma baş verməyib və heç bir insan tələfatı olmayıb.
Qeyd edək ki, İranda Biləsuvarın yaxınlığında yerləşən Zərgər kəndində baş verən insidentlə bağlı Azərbaycan Respublikası mediası təhrif olunmuş və həqiqətə uyğun olmayan məlumat yayıb.
Azərbaycan Respublikası mediası separatçı ünsürlərə istinadən İran-Azərbaycan sərhədində silahlı atışmadan xəbər veriblər. Ancaq, insident Zərgər kəndində antik əşyaların qaçaqmalçıları ilə hüquq mühafizə qüvvələri arasında baş verib.
Qanunda qaçaqmalçılıq sayılan antik əşyaların axtarışında olan şəxslər Zərgər kəndində qazıntı aparan zaman onların qanunsuz əməlinə mane olan polis qüvvələrinə atəş açıblar. Nəticədə iki nəfər hüquq mühafizə orqanlarının işçisi və iki nəfər qaçaqmalçı həlak olub.
Ümumən Azərbaycan Respublikası mediasının İranla bağlı xəbərlərdə separatçı ünsürlərə istinad etməsi Bakı mediasının yalan məlumat yaymasına gətirib çıxarır.