DünyaXƏBƏRLƏR

QMİ-dən Aşura yürüşləri qadağası

QMİ sədri Allahşükür Paşazadə Aşura günündə İmam Hüseyn (ə)-a əzadarlıq edən dəstələrin hərəkətinin də Azərbaycan Respublikasında yasaq olduğunu bildirərək deyib : “Aşura günü küçələrdə qanunsuz hərəkətlər, yürüşlər etmək olmaz.”

Paşazadə vurğulayıb : “Bu kimi məsələlərdə ehtiyatlı olmalıyıq və şəhadəti məscidlərin daxilində, həyətində olan imkanlardan istifadə edərək keçirməliyik. Bizə küçə yürüşlərinə qəti icazə verilmir və biz də bunu istəmirik. Bu gün bizim iki minə yaxın məscidimiz var və bu yetərlidir”.

“Turan” bir başqa məlumatına görə, QMİ sədri Allahşükür Paşazadə oktyabrın 30-da idarənin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı keçirdiyi tədbirdə məzhəb davası salmaq istəyən xarici qüvvələrdən danışıb.
Allahşükür Paşazadə deyib : “Bir azərbaycanlı kimi həm sünni, həm şiə məzhəblərinin bir yerdə yaşaması, bir yerdə namaz qılması, bir yerdə ibadət etməsi çox xoşdur. Bu gün Azərbaycanda tolerantlıq, dinlərarası münasibət, başqa dinlərə olan münasibət bütün dünyada nümunə kimi göstərilir. Amma bunu pozmaq istəyən bəzi qüvvələr var. Əlbəttə, bunun bir ucu xaricdən gəlir. Bəzi qüvvələr məzhəblər arasında iğtişaş salmaq istəyirlər. Biz buna imkan yaratmamalıyıq

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu