Əhli-Beyt sevərlər vətəni olan Azərbaycanın hər yerində İmam Hüseyn (ə) və onun məsləkdaşlarının başına gətirilən müsibətlərlə əlaqədar olaraq yas mərasimləri davam edir.
Bakı mətbuatının məlumatına görə, Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən Aşura yürüşünə icazə verilməsədə, Şəhərin müxtəlif yerlərində əzadarlıq məclisləri təşkil olunub. Əsas tədbir “İmamzadə” ziyarətgahında keçirilib. Gəncədə keçirilən Tasua-Aşura yürüşlərində ölkə ilahiyyatçılarının müraciətini əsas tutaraq, hicabla bağlı şüarlar səsləndirilməmişdir.