Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidməti rəsmi məlumat yayıb.
QMİ “Ləzgi” məscidi kimi tanınan “Aşurbəy” məscidi və Müşfiqabaddakı qeyri qanuni adı dəyişdirilərək “Ömər məscidi” qoyulan məscidlə bağlı rəsmi açıqlama verilir.
QMİ bildirir ki, həmin məscidlər idarənin təşkilati tabeçiliyində deyil. Məscidlərdəki dini icmalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyiblər və məscidlərə din xadimlərinin təyinatı da olmayıb. Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub. Aşurbəy və Müşfiqabad məscidləri QMİ-nin təşkilati strukturuna daxil deyil və buna görə də həmin məscidlərə heç bir din xadimi təyin edilməyib. QMİ özünü həmin məscidlərin imamı, axundu kimi təqdim edənləri tanımır.”