AsyaAvropaDünyaSuriyaXƏBƏRLƏR

İbrahimi Cenevrə danışıqlarının nəticəsiz olduğunu etiraf edib

BMT və Ərəb Liqasının Suriya məsələləri üzrə xüsusi nümayəndəsi üstüörtülü surətdə Cenevrə-2 müzakirələrinin nəticəsiz qaldığını etiraf edib və deyib: Ümidvaram ki, danışıqların bu dövründən sonrakı dövrlər üçün dərs almış olaq.

Əxzər İbrahimi cümə axşamı günü gecə Cenevrədə verdiyi bir mətbuat konfransında deyib: Amerika ilə Rusiyanın təzyiqlərinə rəğmən, Suriya dövləti ilə suriyalı müxaliflərin mövqelərində heç bir dəyişiklik yaranmayıbdır.
Əxzər İbrahimi əlavə edib: Biz Hums şəhərindəki insan durumuna görə, məyusluq hiss edirik və bizim prioritetimiz, bu şəhərdə mühasirədə olan şəxslər üçün yardımları daxil etmək, sonra da zərər çəkənləri oradan çıxarmaqdır.
O, vurğulayıb: Avropa Birliyindən istəmişəm ki, Suriya xalqına təsir göstərən sanksiyaları azaltsın.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu