AzərbaycanXƏBƏRLƏR

Bakıda ” Xocalı üçün ədalət” konfransı keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Bakıda keçirilən “Xocalı üçün ədalət” konfransında dünya ictimaiyyətinin Xocalı faciəsinə və onun amillərinin cəzalandırılmasına diqqət göstərməli olduğu vurğulanıb.

Millət vəkilləri, universitet müəllimləri, din xadimləri, dini azlıqların nümayəndələri və siyasi xadimlərin iştirak etdiyi bu mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib: Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Xocalı faciəsinə hüquqi və siyasi qiymət verilib.
O daha sonra deyib: Xocalı soyqırımı yalnız Azərbaycan əleyhinə törədilmiş bir cinayət deyil, bu bəşəriyyətə qarşı yol verilmiş bir cinayətdir.
Allahşükür Paşazadə həmçinin, Xocalı və Azərbaycanın digər işğal edilmiş məntəqələrində ermənilər tərəfindən törədilmiş cinayətlərə, mədəni və tarixi irsin məhv edilməsinə işarə edərək, dünya ictimaiyyəti və Avropa İnsan Haqları Məhkəməsindən bu cinayətin amillərinin cəzalandırılmasını istəyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu