
Medialarda yayımlanmış İngiltərənin bir təhlükəsizlik saytından əldə edilən sənədlər və faktlara əsasən Qətərin, Suriyadakı silahlı qrupları kimyəvi silahlara təchiz etməyə cəhd etməsi ifşa edilib.
Rusiya-Əlyəvm Xəbər Portalı bu sənədlərin bir miqdarını yayımlayaraq, ifşa edibdir ki, Qətər Suriya hökuməti ilə toqquşma halında olan terrorçulara vermək üçün Liviyadan kimyəvi silahları Homs-a köçürmək üçün bir təklif irəli sürübdür ki, terrorçuların əlində olduğu məntəqələrdə bu silahlardan istifadə edib, bu hərəkəti Suriya Ordusuna nisbət verməklə, xarici hərbi müdaxilə üçün zəmin yaratsın.
İngiltərənin Britain Dibnsel Təhlükəsizlik şirkətinin saytında ifşa edilmiş məktubların birində göstərilir ki, bu şirkət Qətər tərəfindən bir təklif alıbdır ki, ona əsasən Liviyadan Homs-a kimyəvi silahların köçürülməsindən əlavə bir neçə ukraynalıdan kamera qarşısında söhbət etmək və Azad Ordunun tələsində giriftar olmaq görüntüsü yaratmaq üçün istifadə edilməlidir. Bu rus saytı belə əlavə edir: “ Bu məktubun yazılış tarixi ötən 24 dekabr , mediaların ilk dəfə olaraq, Suriya ordusunun Homsda kimyəvi silahlardan istifadə etməsi iddiasını ortaya atdıqları zamandır.
Ərəb ölkələri( xüsusilə Ərəbistan və Qətər) Türkiyə ilə yanaşı özlərinin qərbli ərbablarının təsdiqi və himayəsi ilə 23 aydır ki, dünyanın 25 ölkəsindən terrorçuları göndərib, onları ən yeni ölümcül silahlarla təchiz etməklə Suriya xalqı və hökumətini hədəf tutublar, beləliklə də bu ölkədə böyük bir böhranın yaranmasına səbəb olublar. Suriyada kimyəvi silahların mövcud olması üzrə fitnəkar plan isə qeyd edilən ölkələrin Suriya xalqına qarşı başqa fitnəkar planlarındandır və onlar bu puç bəhanə ilə NATO qüvvələrinin ayağını Suriya məsələsinə açmaq istəyirlər.