BMT baş katibi Cenevrə-2 müzakirələrinin məğlubiyyətə uğraması barəsində təəssüflənərək bildirib ki, Suriya böhranı barəsində bu müzakirələr üçün heç bir əvəzedici yoxdur.
İSNA-nın məlumatına görə, Ban Ki Mun Cenevrədə Suriya dövləti və müxalifləri arasında keçirilən müzakirələrin iflasa uğraması barəsində nigaranlıq edərək bu müzakirələrin 1-ci və 2-ci turunun məğlubiyyətini nəzərə alaraq müzakirələrin davam etməsinin vacibliyini vurğulayıb və bildirib ki, Suriya böhranının həlli üçün Cenevrə konfranslarının davam etməsindən başqa heç bir yol yoxdur.
Ban Ki Mun deyib: BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Əxzər İbrahimi ilə həmişə təmasdadır və müzakirələrin prosesini izləyir.