AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriyadakı sözdə mücahid özdə terroristlər Amerikanın köməyi ilə döyüşür

Amerika istehsalı idarə olunan Tanksavar mərmilərinin Suriyadakı silahlı terrorist qruplar tərəfindən istifadə edilməyə başlandığı bildirildi.

İngilis Times qəzetinin dünən ABŞ istehsalı idarə olunan mərmilərin Suriyadakı terroristlərə verildiyini bildirərkən , 15 Apreldə bu mərmilərdən biriylə İdlib edilən əməliyyatın görünüşləri nümayiş olundu.

Times qəzeti , zirehli vasitələrə qarşı istifadə idarə olunan mərmilərdən 5 dənəsinin Azad Suriya Ordusuna bağlı ” Həzm Hərəkatı” adlı qrupa verildiyini bildirdi.

Həzm Hərəkatı adlı qrupun komandiri Abdullah ovdan , Vaşinqton Post’a etdiyi şərhdə silahların mənşəyi haqqında ” Dost ölkələrdən bizə çatan bu silahlar , ABŞ-ın ‘ Suriyanın Dostları’ qrupuna mənsub ölkələrə bizi dəstəkləmələri üçün icazə verdiyinin müsbət bir göstəricisidir. Bu mərmilər , Körfəz ölkələri ilə Liviyadan əldə edilə bilir. Amerikalılar , bu mərmiləri bizə sata biləcək ölkələrin geniş bir siyahısını əlində tutur “dedi.

İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan Debka saytı da keçən həftə çiyindən atılan SA -16 mərmiləriylə Amerika istehsalı idarə olunan TOW raketlərinin Suriyalı müxaliflərə verildiyini bildirmişdi.

Debka , bu mərmilərin Amerika və Səudiyyə Ərəbistanının əməkdaşlıq ilə Türkiyə və İordaniya üzərindən Suriyadakı qruplara verildiyini bildirmişdi.

İlk dəfə 1970-ci ildə istifadə TOW raketlərinin hələ tanklara qarşı ən təsirli mərmilərdən biri olduğu bildirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu