Qahirənin şərqində əl istehsalı bir bombanın partlaması nəticəsində 2 polis yaralanıb.
Misirin paytaxtı Qahirədə təhlükəsizlik güclərini hədəf alan bombalı hücumda 2 polisin yaralandığı bildirildi.
Misir rəsmi xəbər agentliyi MENA’nın xəbərinə görə, Qahirənin şərqindəki Elf Məskən Meydanında yerləşən təhlükəsizlik qüvvələrinin hədəf alındığı hücumda 2 polisin yaralandığı və müalicə üçün xəstəxanaya qaldırıldığı ifadə edildi.
Hücumun məsuliyyətini boynuna götürən olmazkən mövzuya bağlı rəsmi bir şərh edilmədi.
Misirdə Hüsnü Mübarək rejiminin devrilməsiylə nəticələnən 25 Yanvar 2011 İnqilabının 4-cü ili səbəbiylə ölkə daxilində, strateji əhəmiyyətə sahib bir çox bölgədə təhlükəsizlik tədbirləri üst səviyyəyə çıkartılmıştı.