İraqın qanun hökuməti koalisiyası rəsmilərindən biri , Nuri Maliki başçılığı ilə İraqda qanuni hökumətin yenidən təşkil olunmasını əngəlləmək üçün ölkənin hazırkı hökumətinə qarşı Səudiyyə Ərəbistanı tərəfindən fitnələrin edilməsini ifşa edib.
Iraq paytaxtı Bağdad vilayət şurasının təhülkəsizlik üzrə komitəsinin sədri və İraq qanun hökuməti koalisiyası rəhbərlərindən oaln Səəd Əl- Mütəllibi ötən gün Fras İnformasiya Agentliyi ilə müsahibədə deyib: Ərəbistan İraqdakı siyasi cərəyanlara nüfuz etməklə , ölkədə çoxluq təşkil edən siyasi qanadi qanun hökuməti ilə koalisiya təşkil etməsinin qarşısını almaq üçün cəhd edir.
Əl- Mütəllibi bu sözləri bir halda deyir ki , İraq rəsmiləri dəfələrlə Ərəbistan ölkəsinin daxili işlərinə müdaxilə etməkdə ittihamlandırıblar .
Iraq baş naziri Nuri Maliki ölkə parlament seçkilərinin keçirilməsindən öncə ( 30 aprel ) Əl- Rəyyad rəsmilərindən istəyib ki , İraq hökuməti və xalqı ilə düşmənçiliyə son versin. O həmçinin rəsmi Bağdad bütün ölkələr o cümlədən Ərəbistan ilə regionun sabitlik və təhlükəsizliyinin qorunması üçün əməkdaşlığa hazır olduğunu bildirib.