AsyaDünyaİranXƏBƏRLƏR

Raket proqramı İranın qırmızı xətlərindəndir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri raket proqramını islami quruluşun qırmızı xətlərindən adlandırıb.

Mehr Xəbər Agentliyinin məlumatına görə Əlaəddin Burucerdi jurnalistlərlə müsahibədə BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı qəbul edilən bütün qətnamələrdə İranın raket gücünə işarə edilməsinə toxunaraq deyib: İranın nüvə müzakirəçi heyətinə təqdim edilən prioritetdə bu mövzu üzərində mübahisənin aparılmasına imkan verməyəcəyi qeyd olunub.

Müsahibəsinin digər hissəsində İran-Ərəbistan münasibətlərinə də işarə edən Burucerdi deyib: Ərəbistan qonşu ölkələrlə əlaqə qurmaqda optimal mövqeyə malik deyil. Ona görə də bu ölkənin xarici işlər naziri İranla münasibətlərdə yeni bir səhifənin açılması üçün İranlı həmkarı Məhəmmədcavad Zərifi Ərriyada dəvət edib.

Ərəbistanın xarici işlər naziri Səud Əl-Feysəl çərşənbə axşmı günü paytaxt Ərriyadda Mərkəzi Asiya, Az. R. və ərəblər mövzusunda keçirilən iqtisadi bir konfransın bağlanış mərasimində demişdir: Tehranla əlaqələrin yenidən bərqərar edilməsinə dair güclü iradə mövcuddur və Ərəbistan bu məqsədlə İran xarici işlər nazirini Ərriyada rəsmi səfərə dəvət edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu