Öz məhkumluq dövrünü Hacı Möhsün Səmədovun yanında keçirən şəxslər şəkdən yəqinə, qorxudan şücaətə, güman və ehtiyatdan həqiqətə, riyakarlıqdan doğruluğa, paxıllıqdan xeyirxahlığa və təkəbbürdən təvazökarlığa çatıblar.
Novruz bayramının gəlişi ilə Azərbaycan Respublikası İslam partiyasının rəsmilərindən Akif Heydərli və İnqilab Əhədli bu partiyanın məhbus sədri ilə həbsxanada görüşüblər.
Azərbaycan İslam partiyasının siyasi məsələlər üzrə sədr müavini deyib: Hacı Möhsün Səmədov münasib fiziki vəziyyətdədir.
Akif Heydərli xatırladıb ki, AİP-in məhbus sədri mətbuat və internetdən məhrumdur və buna görə cəmiyyətin siyasi-ictimai xəbərlərindən zamanında məlumatlı olmur.
Heydərlinin açıqlamasına görə, Səmədovun həbsdə ağır şəraitlə üzləşməsinə baxmayaraq, bu şərait onun mənəvi şəxsiyyətində və siyasi-ictimai baxışlarında heç bir mənfi təsir qoymayıb və buna görə onun əhval-ruhiyyəsi qabaqkından da yaxşıdır.
Qeyd etmək lazımdır ki, bu görüşdə AİP-in məhbus sədri Azərbaycan Respublikası xalqına təbrik müraciəti ünvanlayıb.
Bu müraciətdə bildirilib: Səmimi qəlbdən bu Novruz bayramı münasibəti ilə Azərbaycanın əziz, qonaqpərvər və din və adət-ənənələrinə inanan xalqını təbrik edirəm. Azərbaycan xalqı üçün dini və milli dəyərlərin qorunmasında uğur arzulayıram.
Bu müraciətin davamında Qarabağın işğalına toxunularaq bildirilib: Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa etməyə və onu qorumaq potensialına malikdir. Xeybər qapısını yerindən qoparan xalq mütləq işğal olunmuş əraziləri də azad edə bilər.
AİP-in məhbus sədri ölkə əhalisinin ağır şəraitinə toxunaraq xatırladıb: Azərbaycan Respublikası problemlərinin kökü sionizmin nüfuzuna qayıdır və hal-hazırda hakimiyyət mövcud böhranların həlli yerinə daim telekanallar vasitəsi ilə fəsadı genişləndirməyə səy göstərməkdədir.
Hacı Möhsün Səmədov öz müraciətinin sonunda islam dəyərlərinin qorunmasında dini fəalların rolunu qeyd edərək dindarların əsas ehtiyacını vəhdətin qorunması adlandırıb və hamıdan bütün məsələlərdə Allahı yad edərək təfriqədən çəkinməyi istəyib.
