DünyaXƏBƏRLƏR

Quantanamo vəkillərindən birinin cəsədi tapılıb

Kubada Quantanamo körfəzində dəhşətli həbsxananın məhbuslarının vəkilliyini edən amerikalı bir hüquqşünasın cəsədi tapılıb.

Trousout təhqiqat bloqunun məlumatına görə, çərşənbə günü Endi Hartın cəsədi tapılıb.

Bu vəkilin ölüm məkanı hələlik açıqlanmayıb. Lakin bildirildiyinə görə, o intihardan öncə bir məktub yazıb.

Amerikanın Federal Nəzarət vəkili Hart 2009-cu ildə ölkəsinə göndərilən Quantanamo həbsxanasındakı ərəbistanlı məhbus Xalid Səd Məhəmmədin vəkilliyini etmişdir.

ABŞ hökuməti Endi Hartı Məhəməd Rəhim əl-Əfqaninin vəkili olaraq təyin etmişdi. Deyilənə görə, o MKİ tərəfindən həbs olunmuş və 2008-ci ildə Quantanamo həbsxanasına köçürülərək işgəncəyə məruz qalmışdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu