Qərb ölkələrinin himayəsi ilə Suriya prezidenti Bəşşar Əsədin hökumətini devirmək məqsədilə mübarizə aparan hərbi yaraqlı qruplaşmalar arasındakı qarşıdurma və toqquşmalar artıbdır.
Hərbi yaraqlı qruplaşmalar arasındakı ideoloji ixtilaflar çoxdur və bur qruplaşmalar bəzi vaxtlar kiçik fikir ayrılıqlarına görə belə, bir-birlərinə doğru atəş açırlar.
Dəhşətli aqressivlik və toqquşmalar hərbi yaraqlıların nəzarətləri altında qüdrət üzrə kəskin rəqabətin göstəricisidir ki, Əsədin hakimiyyətdən kənara çəkilməsi təqdirində başqa bir müharibənin yaranması üzrə nigaranlıqların şiddətlənməsinə səbəb olub.
Bu toqquşmaların ən dəhşətlisi isə aprel ayında Suriya ilə Türkiyənin həmsərhəd məntəqələrində yerləşən Təl-Əbyəz məntəqəsində Faruq briqadası ilə Əl-Nəsrə Cəbhəsi arasında baş verdi.