AvropaDünyaXƏBƏRLƏR

ABŞ səfirliyinin məyusluğu

Bu gün Bakıda NİDA Vətəndaş Hərəkatı üzvləri barəsində çıxarılan qərara etiraz olaraq Ağır Cinayətlər Məhkəməsinin önünə toplaşmış insanlarla polis arasında yaranan qarşıdurma nəticəsində 26 nəfər vətəndaşın saxlanılması ABŞ səfirliyinin məyusluğana səbəb olub.

ABŞ-a məxsus “Media forum” saytının məlumatına görə, ABŞ səfirliyinin bu barədə bəyanatında deyilir ki, diplomatik nümayəndəlik çox şübhəli ittihamlarla səkkiz gənc fəalın uzunmüddətli həbs cəzasına məhkum edilməsi barədə 6 may qərarından dərin məyusluq hissi keçirir.

ABŞ səfirliyi yazıb : “Biz Azərbaycan hökuməti nümayəndələrini dəfələrlə açıq və ədalətli məhkəmə prosesini təmin etməyə çağırmışıq. Azərbaycan hökumətinin ABŞ səfirliyi və digər səfirliklərin müşahidəçilərinə məhkəmə prosesini müşahidə etməyə icazə verməsini bəyənməklə yanaşı məhkəmə prosesində ciddi pozuntular, o cümlədən şahid ifadələrində uyğunsuzluqlar müşahidə etmişik. Biz həmçinin məhkəmə nümayəndələrinin sübutlarla yanlış rəftar və hüquqi araşdırma prosedurlarına məhəl qoymaması halları barədə eşitmişik.”

ABŞ səfirliyi əlavə edib : “Aksiyada saxlanılanlarla bağlı məlumatı dəqiqləşdirib bu barədə fikir bildirəcəyik. İndi bu haqda dəqiq məlumat verə bilmərik”.
Qeud edək ki, NİDA-çılara hökm oxunmasından sonra məhkəmə binası qarşısında həbs olunan insanları 22 saylı Nəsimi Rayon Polis bölməsinə aparıblar. Saxlanılanların arasında jurnalistlərin olduğu da bildirilir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu