AsyaDünyaİranXƏBƏRLƏR

İran Tacikistanla əlaqələrini genişləndirməyə hazırdır

İranın qadınlar və ailə üzrə vitse-prezidenti deyib ki, İran ilə Tacikistan arasındakı münasibətlərin inkişaf etməsi üçün çoxlu potensiallar mövcuddur.

Şəhindoxt Molaverdi ötən gün (şənbə 11 may) günortadan sonra Tacikistanın qadın sahibkarlar nümayəndə heyətini qəbulu zamanı İran İslam Respublikasının qonşu və farsdilli dost ölkə Tacikistanla əməkdaşlıqlar səviyyəsinin yüksəldilməsi və qadınlar məsələləri sahəsində öz təcrübələrini bu ölkəyə köçürülməyə hazır olduğunu deyərək açıqlayıb ki, iranlı qadınlar təlim –tərbiyə və öyrənmək üzrə çoxlu bacarıqlara malikdirlər, zira İran universitet cəmiyyətinin 60 faıznı qadınlar təşkil edir.

İranın qadınlar və ailə üzrə vitseprezidenti İran ilə Tacikistan qadınları arasında ortaqlıqlar və çoxlu potensialların mövcud olduğuna toxunaraq deyib ki, bu potensiallar iki ölkə arasında münasibətlərin özəlliklə qadın məsələri ilə bağlı əməkdaşlıqların genişləndirilməsi və təcrübələrin köçürülməsi üçün istifadəyə verilməlidir.

Molaverdi iranlı qadınların sağlamlıq və sanitariya məsələləri və digər sahələrdə də önəmli naliyyətlərin əldə oluduğun bildirib.

Tacikistan qadın sahibkarları heyətinin sədri isə bu görüşdə İran ilə Tacikistan arasındakı əməkdaşlıqların genişləndirilməsini vurğurlayaraq ölkəsinin qadınlar və ailə məsələləri üzrə atdığı adımları barədə məlumat verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu