Çexiya respublikasında xalqın əksəriyyəti bu ölkənin avro zonaya qoşulmasının əleyhinədir.
Təsnim Xəbər Agentliyinin məlumatına əsasən, şənbə günü Çexiya respublikası mətbuatında nəticəsi dərc edilən bir rəy sorğusu göstərir ki, bu ölkə xalqının təkcə 19 faizi Çexiyanın avro zonaya qoşulmasını istəyir.
Daxil olan məlumata əsasən , Rəy Sorğu mərkəzi və CVVM Tədqiqat Mərkəzi tərəfindən aparılan bu rəy sorğusunda iştirak edənlərin 76 faizi Çexiyanın avro zonaya qoşulmasının əleyhinədir.
