Suriyanın dövlət ordusu terrorçu qruplaşmaların Rif-Dəməşqin Dariya məntəqəsinin Raed-Əlşəva bölgəsində yerləşən toplaşdığı məkana hücum edərək, terrorçu qruplaşmaların birinin başçısını öldürüb.
Suriya Telekanalının verdiyi məlumata görə Suriya ordusu həmçinin terrorçu qruplaşmaların Rif-Hələbdəki Əl-Əziziyə və Əl-Qəza məntəqələrinə hücumlarını məğlubiyyətə uğrada bilib. Bu əməliyyat zamanı terrorçu ünsürlərdən bir çoxu öldürülüb və Türkiyə sərhədindən Suriya torpağına daxil olan və Dar-Ezzə məntəqəsinə doğru hərəkətdə olan terrorçuların hərbi təchizatları məhv edilib.