AsyaDünyaXƏBƏRLƏR

Amerikada anti-İslam şantajları

İslam Amerika Əlaqələr Şurası ABŞ-da anti-islamçı bir qrupun şəhər avtobuslarının üzərində Quran Kərim əleyhinə olan yazıları yapışdırmasına etiraz olaraq xalq arasında pulsuz surətdə Quran CD-ləri paylamağa təşəbbüs göstərib.

An İslam internet saytının yazdığına görə Amerikanın azadlığını himayə üzrə fəaliyyət göstərən bu qrup Amerikanın müxtəlif şəhərlərindəki avtobusların üzərinə anti-İslam məzmunlu tablolar vurmaqla islamı kobud bir din kimi göstərmək barədə düşünür.

Qeyd edək ki, bundan öncə də sözü gedən qrup Amerikanın müxtəlif şəhərlərində avtobusların şüşələri üstünə anti-İslam məzmunlu kağızlar yapışdırmışdır ki, bu da ilahi dinlərin tərəfdarlarının ciddi etirazına səbəb olmuşdur.

Amerikanın azadlığını himayə qrupu bir neçə vaxt bundan öncə Məhkəmədə söz azadlığı qanununun maddələrini bəhanə edərək müxaliflərini məğlub etdikdən sonra bildirmişi ki, Quran Kərimə qarşı şantajlarını yaxın zamanda başqa bir formada həyata keçirəcək və avtobusların üzərində Quran əleyhinə olan təhqiramiz materiallar yaraşdıracaq.

İslam Amerik Əlaqələr Şurası , anti-islamçı qrupun insanlığa qarşı olan bu hərəkətinə etiraz olaraq bildirib: Quran barədə dəqiq məlumat qazanmaq istəyən hər bir kəs Quranda araşdırma web saitına müraciət edərək bu kitabı pulsuz surətdə danlod edə bilər və bu müqəddəs kitab haqda özü son qərarı verə bilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu