Ukrayna qüvvələri bir daha Donetskə qarşı atəşə başlayıblar .
İtar Tass xəbər agentliyi Slovianskın yerli bir mənbəyinə istinadən məlumat verib : Ukrayna qüvvələri Slovianskın yaxınlığında Semyonovka kəndinə bir daha atəş yağdırıblar.
Adının gizli qalmasını istəyən bu mənbə söyləyib : Bu hücumlar Riqudurukdan həyata keçirilir.
Bu məlumata əsasən o söyləyib : İki artilleriya gülləsi yerli bir fondun binası və digər bir obyektə dəymişdir.
İtar Tass əlavə edib : Su kəmərinə vurulan xəsarətlər hələki təmir olunmayıb və hazırda təkcə su ehtiyat edənlər və ya su quyusuna malik olanlar kifayət qədər içməli sudan istifadə edirlər. Sloviansk məntəqələrinin çoxunda elektrik kəsilib və suyun təmin edilməsi ciddi problemə çevrilmişdir.