“Azad Mücahidlər” adlı bir qrup Səudiyyə Ərəbistanında ədalətsiz həbslərlə etiraz əlaməti olaraq hökumətin bir neçə saytını hak edib.
Səudiyyə Ərəbistanı, xüsuislə də Bəridə, ər-Riyad və əl-Şərqiyyə şəhərlərində ədalətsiz həbslərin davam etməsinə etiraz əlaməti olaraq Azad Mücahidlər Təşkilatı Ərəbistan hökumətinə bağlı bir neçə rəsmi saytın fəaliyyətini dayandırıb.
Bu təşkilat bəyanatında bildirib: Bu addım iki mübariz Ali-Sərih və Ali-Səhvin yaralanması və həbs olunması, eləcə də Bəridə, ər-Riyad, Məkkə, Həfr əl-Batin şəhərlərindəki həbslərə, habelə ərəbistanlı tanınmış ruhani Şeyx Nəmərin mühakimə olunmasına və son sel və daşqınlardan zərərçəkənlərə yardımların göstərilməsində hökumətin acizliyinə etiraz olaraq atılıb.
Bu bəyanatda hak edilən saytların adı qeyd olunub.
Bu təşkilat bəzi gizli məlumatlar yəni əl-Şərqiyyə bölgəsinin polis qüvvələrinin sayı ilə bağlı siyahını əldə etdiyi məlumatların kiçik bir hissəsi olaraq yayımlayıb.
Bundan öncə də hakkerlər internetdə Ərəbistanın rəsmi saytlarını hak etmişdilər.