Mərkəzi Afrikada xristian “Anti Balaka” yaraqlıları ilə Silka koalisiyasına bağlı qüvvələr arasında çıxan toqquşmalarda təqribən iyirmi nəfər həlak olub.
Sin Xoa-nın məlumatına görə, Silka koalisiyasının sözçüsü Kolonel Djouma Narkoyo bildirib ki, toqquşmalar Mərkəzi Afrikanın şimalında, Boyo məntəqəsində baş verib.
Mərkəzi Afrika iki min on üçüncü ilin martından, ölkə prezidenti Fransua Buzizənin hakimiyyətdən kənarlaşdırılmasının ardınca, toqquşmalar, qırğınlar və soyğunçuluqların şahididir.
Ötən ilin dekabrından bu toqquşmalar irqi və məzhəbi zəmində davam etməkdədir və müsəlmanlara qarşı hücumlar artıb.