DünyaXƏBƏRLƏR

BMT qlobal problemlərin həlli üçün regional təşkilatların daha artıq əməkdaşlıq etməsini istədi

BMT-nin baş katibi qlobal problemlərin həllində regional təşkilatların roluna təkid edərək, deyib: Regional təşkilatlar qlobal məsələlərin həllində birgə əməkdaşlığa aparan yollar ardınca olmalıdırlar.

Pan Gi Mun dünən Təhlükəsizlik Şurasının dünya sülhü və təhlükəsizliyinin qorunmasında BMT və regional təşkilatlar arasındakı əməkdaşlıqlar mövzusu ilə bağlı iclasında bildirib ki, regional təşkilatlar məntəqələrlə bağlı dərin tanışlıqları, möhkəm bağları və təsir gücləri ilə sülhün bərqərarı istiqamətindəki səylərə yaxından kömək edə bilərlər.
O, daha sonra deyib: Öz əməkdaşlıqlarımızdan dərs almalı və daha yaradıcı və duyğusal olmalıyıq. Yalnız bu yolla daha təhlükəsiz və sakit dünya qura bilərik.
Pan Gi Mun daha sonra BMT ilə müxtəlif regional təşkilatlar arasındakı uğurlu əməkdaşlıq nümunələrinə işarə edib.
Bu iclasda BMT TŞ-nin on beş üzvü silahlı toqquşmaları önləmək və sülhə gedən yolda əməkdaşlıqları gücləndirmək yollarını araşdırıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu