Pan Gi Mun bu gün İsveçrənin Montre şəhərində keçirilən Suriya böhranı ilə əlaqədar Cenevrə-2 konfransının sonunda təşkil edilmiş mətbuat konfransında deyib: Bəşşar Əsədin taleyini Suriya xalqı təyin edəcək.
O, əlavə edib: Beynəlxalq ictimaiyyət bu gün sübut etdi ki, Suriya böhranının həlli istiqamətində siyasi səyləri dəstəkləyir.
Pan Gi Mun daha sonra deyib: Suriyada zorakılıqlar və qan axıtmalara son qoyulmalıdır ki, insanlara humanitar yardımların çatdırılmasına şərait yaranmış olsun.