AsyaDünyaİraqXƏBƏRLƏR

İraqda baş vermiş terror aktlarında 60 nəfər ölüb

Bağdadın müxtəlif məntəqələrində törədilən terror hücumlarında altmış nəfər həlak olub.

Fars xəbər agentliyinin məlumatına görə, İraq polisi və səhiyyə rəsmiləri bildiriblər ki, şənbə günü Bağdadın şiə sakinli məntəqələrində bomba quraşdırılmış beş avtomobilin partladılması nəticəsində altmış nəfər ölüb, onlarla nəfər yaralanıb.
Xəbər mənbələri bu terror aktlarında ölənlərin sayını daha öncə iyirmi nəfər elan etmişdilər.
Digər tərəfdən şənbə günü günorta İraq və Şam İslam Dövlətinə bağlı terrorçular Əl-Ənbar Universitetinin tələbələrini girov götürmüşdülər ki, təhlükəsizlik qüvvələrinin səyləri nəticəsində azad olunublar.
Hazırda, girov götürülmüş tələbələrin hamısı azad edilib və terrorçular universitet binasında ordu qüvvələri tərəfindən mühasirəyə alınıblar.
Ötən gün terrorçular ilə İraq ordusu arasında gedən toqquşmalarda otuz nəfər həlak olmuşdu.
BMT-nin məlumatına görə, iki min on üçüncü ildə İraqda səkkiz min səkkiz yüz altmış beş nəfər terror hücumlarında həyatını itirib ki, bu rəqəm iki min yeddinci ildən bəri ən yüksək göstəricidir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu